Bakıda Murat Boz ilə birlikdə möhtəşəm qala-gecə keçiriləcək - VİDEO

Bakıda Murat Boz ilə birlikdə möhtəşəm qala-gecə keçiriləcək - VİDEO Bakı. 7 mart. REPORT.AZ/ “CinemaPlus” premium kinoteatrın təqdimatı ilə Türkiyənin tanınmış ulduzları Murat Boz və Seda Bakanın iştirakı ilə martın 13-də saat 19:30-da Elektra Events Hall-da “Öldür Beni Sevgilim” filminin gala gecəsi keçiriləcək.
Şou-biznes
7 Mart , 2019 11:19
Bakıda Murat Boz ilə birlikdə möhtəşəm qala-gecə keçiriləcək - VİDEO

Bakı. 7 mart. REPORT.AZ/ “CinemaPlus” premium kinoteatrın təqdimatı ilə Türkiyənin tanınmış ulduzları Murat BozSeda Bakanın iştirakı ilə martın 13-də saat 19:30-da Elektra Events Hall-da “Öldür Beni Sevgilim” filminin gala gecəsi keçiriləcək.

Bu barədə “Report”a “CinemaPlus”dan məlumat verilib.

Filmin rejissoru Şenol Sönmez. Rollarda Murat Boz, Seda Bakan, Açelya Topaloğlu, Özgür Emre Yıldırım, Seda Güven, Yosi Mizrahi, Dilşad Şimşek və Ali Yoğurtçuoğludur.

“Öldür beni sevgilim” filmi, bir-birini öldürməyə qərar verən cütlüyün hekayəsindən bəhs edir. Okan ilə Demət 5 ildir ki, evlidirlər, amma birlikdə keçirdikləri illərə rəğmən münasibətləri elə də yaxşı deyil. Onların sevgisi bir nağıl kimi başlayıb, böyük həyəcanla davam edib və xoşbəxt sonluqla - evliliklə bitmişdi. Amma müəyyən vaxtdan sonra, evlilik həyatını maraqsız görən cütlüyün arasındakı o coşğu sönməyə başlayır.

Biletləri İticket-in satış mərkəzlərindən əldə edə bilərsiniz.

Film martın 14-dən etibarən "CinemaPlus" kinoteatrlar şəbəkəsində nümayiş olunacaq.

“CinemaPlus” kinoteatrlar şəbəkəsi hər zaman sizlərə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralar ilə sevindirməyə hazırdır.

Son xəbərlər

Orphus sistemi