Yuxarı

Bakıda Koreya Pop Musiqi Festivalı keçirilib

Tədbirə 300-dən çox gənc qatılıb

Bakı. 1 dekabr. REPORT.AZ/ Bakıda “K-Pop Festival” keçirilib.

"Report" xəbər verir ki, tədbir noyabrın 29-30-da “Hansamo” Azərbaycan koreyasevərlər qrupunun təşəbbüsü və "Dream Trading MMC" şirkətinin dəstəyi ilə keçirilib. 

Təşkilatçıların sözlərinə görə, festivalın məqsədi Azərbaycandakı K-Pop ( Koreya pop musiqisi ) həvəskarlarını bir araya toplamaq və Azərbaycanda kpop musiqisini tanıtmaqdır.

Maraqlı məqamlarla yadda qalan tədbirə 300-dən çox gənc qatılıb. İştirakçılar, həmçinin xüsusi hazırlanmış stendlər vasitəsilə Koreya məhsulları ilə tanış olmaq imkanı qazanıb.

“Hansamo” Koreya dilində “한국을사랑하는사람들의모임인” “Koreyanı sevən insanların birliyi” sözünün qısaldılmış variantıdır. Qrupun yaranma səbəbi Koreya mədəniyyəti, musiqisi və filmlərini sevən azərbaycanlıları bir araya toplamaq idi. İlk yarandığı vaxtlar qrupda cəmi 10-15 üzv olsa da, hazırda üzvlərin sayı 1300-dən artıqdır.

Hansamo üzvləri və Azərbaycanda Koreya mədəniyyəti ilə maraqlanan hər kəs üçün davamlı olaraq görüşlər, film günləri, partilər keçirmək və s. kimi müxtəlif tədbirlər edir. Film günlərində nümayiş olunan Koreya filmlərini Hansamonun “Tərcümə qrupu” Azərbaycan dilinə, altyazı ilə tərcümə edib.

Qeyd edək ki, 2014-cü il iyulun 15-də Dünyada Koreya fanlar arasında ilk dəfə Happy Hansamo-videosunu məhz azərbaycanlı fanlar hazırlayıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi