Bakıda keçirilən "Avroviziya - 2012" mahnı müsabiqəsinin qalibi yenidən yarışmada iştirak etmək istəyir

Bakıda keçirilən "Avroviziya - 2012" mahnı müsabiqəsinin qalibi yenidən yarışmada iştirak etmək istəyir Lorin İsveçdə keçirilən seçim mərələsinə qatılmaq üçün müraciət edib
Şou-biznes
30 Noyabr , 2016 19:16
Bakıda keçirilən Avroviziya - 2012 mahnı müsabiqəsinin qalibi yenidən yarışmada iştirak etmək istəyir

Bakı. 30 noyabr. REPORT.AZ/ "Avroviziya - 2012" beynəlxalq mahnı müsabiqəsində iştirak etmış tanınmış İsveç müğənnisi Lorin yenidən bu yarışmada iştirak etmək qərarına gəlib.

O, 2012-ci ildə Bakıda keçirilmiş müsabiqə zamanı "Euphoria" mahnısı ilə qalib olub.

"Report"un xarici mətbuata istinadən verdiyi xəbərə görə, Lorin seçim mərələsində iştirak etmək üçün müraciət edib. Seçiləcəyi təqdirdə müğənni tərəfindən ifa olunacaq kompozisiya sirr saxlanılır.

Qeyd edək ki, çoxları Lorinin nəinki İsveçdə keçirilən seçim turunda, hətta "Avroviziya - 2017"nin finalında qalib gələcəyindən əmindirlər. 

Son xəbərlər

Orphus sistemi