Bakıda "Azerbaijan Fashion Week"in açılışı keçirilib - VİDEO

Bakıda "Azerbaijan Fashion Week"in açılışı keçirilib - VİDEO İlk gün məşhur qazaxıstanlı dizaynerin təqdimatı ilə başlayıb
Şou-biznes
24 May , 2016 11:57
Bakıda Azerbaijan Fashion Weekin açılışı keçirilib - VİDEO

Bakı. 24 may. REPORT.AZ/ Bakıda Azərbaycan moda həftəsi çərçivəsində "Azerbaijan Fashion Week"in açılışı keçirilib.

"Report" xəbər verir ki, açılış mərasimində iştirak edən "Azerbaijan Fashion Week"in prodüseri Sayat İsıbayev bu il tədbir çərçivəsində 6 ölkədən, o cümlədən Azərbaycan, Qazaxıstan, Gürcüstan, Fransa, Latviya dizaynerlərinin işlərindən 20 nümayiş həyata keçiriləcəyini bildirib.

Onun sözlərinə görə, belə tədbir artıq üçüncü dəfədir Azərbaycanda keçirilir və ildən-ilə müxtəlif ölkələrdən daha çox dizayner cəlb edir.

S.İsıbayev mayın 23-dən 26-dək davam edəcək tədbirdə tamaşaçıların həm dünyaca məşhur, həm də bu işə yeni gələn dizaynerlərin işləri ilə tanış ola biləcəyini, şourumlara və AFW pop-ap mağazalarına baş çəkərək fərdi şopperlərlə məsləhətləşmək fürsəti qazanacağını qeyd edib.

S.İsıbayev vurğulayıb ki, bu il Bakıda Şeron Stoun, Monika Belluççi, Selin Dion, Beyons, Ledi Qaqa kimi dünya ulduzları üçün paltarlar tikən dünyaca məşhur fransız dizayner Jan-Klod Jitrua öz kolleksiyasını təqdim edəcək.

Qeyd edək ki, Azərbaycan moda həftəsinin ilk günü məşhur qazaxıstanlı dizayner və üslub üzrə məsləhətçi Alex Chzhenin işlərinin nümayişi ilə başlayıb.

Son xəbərlər

Orphus sistemi