​Azərbaycanlı və ukraynalı Odessada etnocaz ifa edəcək - VİDEO

​Azərbaycanlı və ukraynalı Odessada etnocaz ifa edəcək - VİDEO "Marinita" etnocaz qrupu öz yeni albomunu təqdim edəcək
Şou-biznes
10 Oktyabr , 2015 04:44
​Azərbaycanlı və ukraynalı Odessada etnocaz ifa edəcək - VİDEO

Bakı. 10 oktyabr. REPORT.AZ/ Azərbaycanlı və ukraynalıdan ibarət "Marinita" etnocaz qrupu oktyabrın 11-də Odessa şəhərində konsert proqramı ilə çıxış edəcək.

"Report" xəbər verir ki, zərb alətləri ustası Orxan Ağabəyli və vokalçı Marina Zaharova dueti konsert zamanı qrupun yeni albomunu təqdim edəcəklər.

"Marinita"nın musiqisi folklor ənənələri, caz və akademik musiqinin ədviyyat kokteylidir. Marina səslə gözəl davranır və onu fortepiano ilə harmonik şəkildə tamamlayır.

"Onun oxuma üslubu ifadəli və etnikdir. O, Yaxın Şərq, türk, Balkan və s. ənənələrinə xas mürəkkəb ritmləri asanlıqla və təbii ifa edir", - deyə konsertin təşkilatçısı Yaroslav Trofimov bildirib.

Orxan Ağabəyli əslən Azərbaycandandır. Bunu onun hər notundan sezmək mümkündür. O zərb alətlərinin mahir ifaçısı, həmçinin istedadlı təbilçidir. Orxan Ağabəyli Ukraynada öz məktəbini yaradıb. Marina və Orxan artıq 10 ildir ki, birgə musiqi ərsəyə gətirirlər.

Son xəbərlər

Orphus sistemi