Yuxarı
    Bağlamaq

    Azərbaycanlı ifaçı “O səs Türkiyə”nin finalına çıxıb

    E. Hüseynov “Yalqızam, yalqız” mahnısını ifa edib

    Bakı. 18 fevral. REPORT.AZ/ Həmyerlimiz Elnur Hüseynov “O səs Türkiyə”nin yarımfinal həftəsində çıxış edib.

    "Report" AzərTAc-a istinadla xəbər verir ki, E. Hüseynov musiqisi Tofiq Quliyevə, sözləri Rəsul Rzaya məxsus olan “Yalqızam, yalqız” mahnısını ifa edib. Ebru Gündeşin komandasında yarışan həmyerlimiz 8 iştirakçı arasında gedən mübarizədə 6-lığa daxil olub.

    Şərtlərə əsasən ən az səs yığan iki nəfər yarışmanı tərk etdikdən sonra digər ifaçılar növbəti dəfə çıxış ediblər.

    Elnur Hüseynov yarımfinal mərhələsində ikinci çıxışı söz və musiqisi Sertap Erenerə məxsus “Vur yüreğim” mahnısı olub. Sənətçi səsvermə nəticəsində finala vəsiqə qazana bilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi