Yuxarı

​Azərbaycanlı Elnur Hüseynov "O səs Türkiyə"nin qalibi oldu

O, finalda O Sole Mio opera parçasını ifa edib

Bakı. 19 fevral. REPORT.AZ/ Bu gecə Türkiyədə keçirilən "O səs Türkiyə" mahnı müsabiqəsinə yekun vurulub.

"Report" xəbər verir ki, Ebru Gündeşin komandasında yarışan azərbaycanlı müğənni finalda birinci olaraq "O Sole Mio" opera parçasını ifa edib.

E.Hüseynov daha sonra "Aşk" (Sertab Erener) və "Lutch" (Sem Smit) mahnılarını ifa edib.

Sona Gökhan Özoğuzun komandasında yarışan Kaya adlı ifaçı ilə qalan Elnur Hüseynov SMS-lə səsvermə nəticəsində yarışın ilk azərbaycanlı qalibi olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi