Azərbaycanın "Eurovision-2016"dakı təmsilçisi müsabiqə üçün video açıqca təqdim edib - VİDEO

Azərbaycanın "Eurovision-2016"dakı təmsilçisi müsabiqə üçün video açıqca təqdim edib - VİDEO Yaxın gələcəkdə Səmra Rəhimli müsabiqə mahnısını təşviq etmək üçün İsrail, Malta və Yunanıstana səfər edəcək
Şou-biznes
12 Aprel , 2016 12:06
Azərbaycanın Eurovision-2016dakı təmsilçisi müsabiqə üçün video açıqca təqdim edib - VİDEO

Bakı. 12 aprel. REPORT.AZ/ Azərbaycanın "Eurovision-2016" mahnı müsabiqəsindəki təmsilçisi Səmra Rəhimli müsabiqə üçün video açıqcasını təqdim edib. Bu videoçarx müğənninin müsabiqədəki çıxışından əvvəl nümayiş olunacaq.

"Report" "Esctoday"ə istinadən xəbərt verir ki, video açıqcada Bakının ən görməli yerləri - İçərişəhər, Dənizkənarı Milli Park, Heydər Əliyev Mərkəzi və s. nümayiş etdirilib.

Bundan əlavə, Səmra Rəhimlinin yaxın gələcəkdə "Miracle" (Möcüzə) müsabiqə mahnısını təşviq etmək üçün İsrail, Malta və Yunanıstana səfər edəcəyi barədə məlumat verilib.

Xatırladaq ki, S.Rəhimli mayın 10-da müsabiqənin ilk yarımfinalda 14 nömrə altında çıxış edəcək.

Son xəbərlər

Orphus sistemi