Azərbaycanın estrada müğənniləri “Retro Bakı” proqramında çıxış ediblər

Azərbaycanın estrada müğənniləri “Retro Bakı” proqramında çıxış ediblər “Retro Bakı” konsertləri davam edir
Şou-biznes
14 Avqust , 2017 11:17
Azərbaycanın estrada müğənniləri “Retro Bakı” proqramında çıxış ediblər

Bakı. 14 avqust. REPORT.AZ/ Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin layihəsi əsasında keçirilən “Retro Bakı” konsertləri davam edir. 

İdarədən "Report"a verilən məlumata görə, konsert proqramında tanınmış estrada müğənniləri Könül Kərimova, Nurlan Əzizbəyli, Əli Əliyev, Çinarə Bəkirova, Zeynəb Həsəni, Şəbnəm Qəhrəmanova, Mir Cabbar Mirbabayev, Aynur Əliyeva, Mir Fərhad Həbibi, Fərhad Xəlif və Səma Heydərova, Rəşad İsmayıl, Könül Məmmədli, Gümüş, Nurlan Təhməsli, Mehman Tağıyev, Kubra Hüseynova, Emin Məmmədov, Nihat və Cahat, rəqqasə Səbinə İsmayılova çıxış ediblər. 

Qeyd edək ki, layihə əhalinin və turistlərin asudə vaxtının xoş keçməsi, Azərbaycan musiqi incilərinin, korifey bəstəkarların əsərlərinin səsləndirilməsi məqsədi daşıyır. 

“Retro Bakı” sentyabrın 15-dək hər həftə sonu axşam saatlarında Fəvvarələr Meydanında tanınmış müğənnilərin konsert proqramı ilə davam edəcək. 

Son xəbərlər

Orphus sistemi