Azərbaycanda yaşayan türk müğənnisi ABŞ-da konsert verib

Azərbaycanda yaşayan türk müğənnisi ABŞ-da konsert verib Konsert Türk Hava Yolları və SOCAR-ın təşkilatçılığı ilə baş tutub
Şou-biznes
2 İyun , 2015 11:38
Azərbaycanda yaşayan türk müğənnisi ABŞ-da konsert verib

Bakı. 2 iyun. REPORT.AZ/ Azərbaycanda yaşayıb, burada yaradıcılıqla məşğul olan türk vokal ifaçısı Oya Ergün ABŞ-da konsert proqramı ilə çıxış edib.

"Report" xəbər verir ki, konsert Hyuston şəhərində keçirilib.

Hyustondakı Türkiyə baş konsulluğu və Azərbaycan dərnəyinin birgə təşəbbüsü ilə keçirilən konsert Türk Hava Yolları və SOCAR-ın təşkilatçılığı ilə baş tutub.

1 saat davam edən konsertdə Oya Ergün repertuarında olan həm türk, həm də Azərbaycan mahnılarını ifa edib. Vokal ifaçısını azərbaycanlı pianoçu Cəmilə Cavadova müşayiət edib.

Hyuston konsertindən sonra Oya Ergün Los-Ancelesdə bir günlük konsert proqramı ilə çıxış edib. 

Son xəbərlər

Orphus sistemi