Bakı. 25 oktyabr. REPORT.AZ/ Müğənni Lalə Dadaşovanın oğlu dünyasını dəyişib. “Report”un xəbərinə görə, 35 yaşlı Natiqin ölümünə səbəb uzun müddət davam edən xəstəliyi olub. O, beş aydır yataq xəstəsi imiş.
Müğənninin oğlu artıq dəfn edilib.
Qeyd edək ki, Lalə Dadaşova xalq artisti Brilliant Dadaşovanın bacısıdır.