Yuxarı

Gəncədə ilk "CinemaPlus" kinoteatrının açılışı olub - VİDEO

Kinoteatr 461 yerdən və 5 zaldan ibarətdir

Bakı. 4 may. REPORT.AZ/ Azərbaycanın ikinci ən böyük şəhəri Gəncədə "CinemaPlus" kinoteatrının möhtəşəm açılışı olub. "Report"un məlumatına görə, məhz həmin gün üçün kinoteatr xüsusi dekorasiya ilə bəzədilib.

"CinemaPlus" açılış tədbirinə Bakıdan KİV nümayəndələri, bloqerlər, tanınmış simalar və biznes tərəfdaşları üçün üzərində kinoteatrın reklamı ilə bəzədilən avtobuslarda tur təşkil edib.

Tədbirdə iştirak edən Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, "CinemaPlus" kinoteatrlar şəbəkəsinin baş direktoru Zaur Darabzadə və deputat Naqif Həmzəyev açılış nitqi ilə hamını salamlayaraq təbrik ediblər. Onlardan başqa, "CinemaPlus" kinoteatrının repertuar üzrə direktoru Faik Kazımov və layihə rəhbəri Fəhrim Quluzadə də çıxış ediblər.

Rəsmi hissədən sonra ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli film, həmçinin Heydər Əliyev Fondunun dəstəyi və "Bakı Media Mərkəzi"nin, eləcə də Arzu Əliyevanın baş prodüseri olduğu "Əbədi ezamiyyət" filmləri izlənilib.

Foyedə qonaqlara xüsusi Amerika istehsalı olan pop-korn və sərin içkilər verilib.

Tədbirin növbəti hissəsi "Cinema Distribution" şirkətinin təqdim etdiyi "Ekipaj" və "Diverqent 3" filmlərinin nümayişi ilə davam edib.

Xatırladaq ki, 2016-cı il Avropa Gənclər Paytaxtı olan Gəncədə məhz belə müasir avadanlıqlarla təchiz olunmuş kinoteatrın açılması sevindirici haldır.

Qeyd edək ki, Gəncə şəhərində "CinemaPlus" kinoteatrının inşasını "UM Group" şirkəti həyata keçirib. Əsas tərəfdaşlardan biri isə beynəlxalq keyfiyyətə nəzarət sahəsində lider sayılan "İntertek" şirkətidir.

Dünyada 44 ölkədə 500-dən çox kinoteatrı dizayn işlərini reallaşdıran Kanadanın "Mesbur+Smith Architects" şirkəti "CinemaPlus" kinoteatrının da dizayn işlərini tam olaraq görüb.

"CinemaPlus" ən yeni Barco nəslindən olan proyektorlar, yüksək parlaqlığa malik kinoekranlar və səs sistemləri ilə təchiz olunub. Kinoteatr 461 yerdən və 5 zaldan ibarətdir. Bundan əlavə, "CinemaPlus" kinoteatrı Master İmage 3D texnologiyası ilə tətbiq olunur.

Kinoteatr Gəncə Bulvarının yaxınlığındakı Nizami küçəsi 8 ünvanında yerləşən "Xəmsə Park" Ticarət Mərkəzinin 4-cü mərtəbəsində yerləşir.

Tədbirin informasiya dəstəyini Region TV, Avto FM və Kəpəz FM göstərib. Tərəfdaşlar isə "Sabina Perfumery & Cosmetics" mağazalar şəbəkəsi olub. 

Seanslar Vaxt Format Qiymət Format Qiymət
Səhər 10:00-12:00 2D 2 azn 3D 3 azn
Günorta 12:00-18:00 2D 3 azn 3D 4 azn
Axşam 18:00-00:00 2D 5 azn 3D 6 azn
VİP Seansların vaxtından və formatından asılı olmayaraq 15 azn


Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi