Azərbaycanda ilk dəfə Dolby Atmos texnologiyası “CinemaPlus” kinoteatrında olacaq - VİDEO

Azərbaycanda ilk dəfə Dolby Atmos texnologiyası “CinemaPlus” kinoteatrında olacaq - VİDEO Tezliklə dünyanın bütün iri kinoteatrları Dolby Digital Atmos texnologiyasından istifadə edəcəyi gözlənilir
Şou-biznes
15 İyul , 2016 17:44
Azərbaycanda ilk dəfə Dolby Atmos texnologiyası “CinemaPlus” kinoteatrında olacaq - VİDEO

Bakı. 15 iyul. REPORT.AZ/ Tezliklə paytaxtda “Gənclik mall” TM-də Dolby Atmos texnologiyası ilə təchiz olunan regionun ən böyük “CinemaPlus” kinoteatrı açılacaq.

“Report”un məlumatına görə, xüsusi diqqəti 300 yerlik ən böyük zal çəkir.

Dolby Digital Atmos texnologiyasının hesabına səs tamaşaçını hər tərəfdən əhatə edir, həmçinin zalın yuxarı hissəsindən. 

Səs müşayiətini kinoteatrın istənilən yerinə yerləşdirmək və yerini dəyişmək imkanı hesabına Dolby Digital Atmos film yaradıcılarına kinoda səsi yeni bir mərhələyə çıxarmaq imkan yaradır. Nəticədə tamaşaçı ekranda baş verənləri sadəcə izləmir, hadisənin mərkəzinə daxil olur. 

Dolby Digital Atmos texnologiyası ilk dəfə 2012-ci ilin aprel ayında təqdim olunub və bütün Hollivud studiyaları tərəfindən istifadə olunur. Bu texnologiya ilə “Oskar” mükafatına layiq görülən 11 rejissor və 23 səs rejissoru işləyir. Bu günə kimi, bütün dünya üzrə 300-dən artıq kinoteatr bu texnologiyaya keçib. Tezliklə dünyanın bütün iri kinoteatrları Dolby Digital Atmos texnologiyasından istifadə edəcəyi gözlənilir.

Qeyd edək ki, bu yaxınlarda Azərbaycanın ikinci böyük şəhəri Gəncədə “CinemaPlus” kinoteatrı açılıb. Kinoteatr Nizami küçəsi, 8 ünvanında “Xəmsə Park” Ticarət Mərkəzinin 4-cü mərtəbəsində yerləşir. “CinemaPlus” isə Azadlıq prospekti, 45 ünvanında, “28 Mall” Ticarət Mərkəzinin 5-ci mərtəbəsində fəaliyyət göstərir.

Ətraflı məlumat üçün “CinemaPlus”un İOS və Android əməliyyat sistemli smartfonlar üçün yaratdığı yeni mobil əlavəni yükləmək mümkündür.

https://itunes.apple.com/us/app/cinemaplus/id10721...

https://play.google.com/store/apps/details?id=com....

Son xəbərlər

Orphus sistemi