Yuxarı

​Azərbaycan təmsilçisinin "Eurovision-2015" yarışmasında çıxış nömrəsi məlum olub

Elnur Hüseynov ikinci yarımfinalda çıxış edəcək

Bakı. 23 mart. REPORT. AZ/ Vyanada keçiriləcək "Eurovision-2015" mahnı müsabiqəsinin Azərbaycan təmsilçisinin çıxış nömrəsi müəyyənləşib. "Report" "Eurovision"-un rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan təmsilçisi Elnur Hüseynov 11 nömrə altında ikinci yarımfinalda çıxış edəcək.

Azərbaycanın çıxış edəcəyi yarımfınalda ardıcıllıq aşağıdakı kimidir: 1. Litva, 2. İrlandiya, 3. San-Marino, 4.Çernoqoriya, 5. Malta, 6. Norveç, 7. Portuqlaiya, 8. Çexiya, 9. İsrail, 10. Latviya. 12. İslandiya, 13. İsveç, 14. İsveçrə, 15. Kipr, 16. Sloveniya, 17. Polşa.

Qeyd edək ki, Elnur Hüseynov müsabiqədə "Hour of the wolf" mahnısını ifa edəcək. "Eurovision-2015" mahnı müsabiqəsi 19, 21 və 23 may tarixlərində küeçiriləcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi