Bakı. 8 may. REPORT.AZ/ Kiyevdə "Eurovision" beynəlxalq mahnı müsabiqəsində Azərbaycanı təmsil edən Diana Hacıyeva mayın 9-da ilk yarımfinalda çıxış edəcək.
“Report” xəbər verir ki, Beynəlxalq Sərgi Mərkəzində təşkil olunacaq tədbirdə D.Hacıyeva “Skeletons” mahnısını səsləndirəcək.
O, 8-ci sırada çıxış edəcək.
Mayın 9-da keçiriləcək ilk yarımfinalda iştirak edəcək ölkələrin ardıcıllığı isə belədir:
1. İsveç
2. Gürcüstan
3. Avstraliya
4. Albaniya
5. Belçika
6. Monteneqro
7. Finlandiya
8. Azərbaycan
9. Portuqaliya
10. Yunanıstan
11. Polşa
12. Moldova
13. İslandiya
14. Çexiya
15. Kipr
16. Ermənistan
17. Sloveniya
18. Latviya
Müsabiqənin rəsmi açılışı mayın 7-də Kiyevdəki Mariinski sarayında baş tutub. İkinci yarımfinal mayın 11-də final isə mayın 13-də keçiriləcək.