Azərbaycan təmsilçisi "Eurovision-2017"nin finalında çıxış edib - VİDEO

Azərbaycan təmsilçisi "Eurovision-2017"nin finalında çıxış edib - VİDEO Diana Hacıyevanın çıxışı 12-ci nömrə altında baş tutub
Şou-biznes
14 May , 2017 00:02
Azərbaycan təmsilçisi Eurovision-2017nin finalında çıxış edib - VİDEO

Bakı. 14 may. REPORT.AZ/ Ukraynanın paytaxtı Kiyevdə "Eurovision-2017" mahnı müsabiqəsinin final mərhələsinə start verilib.

"Report" xəbər verir ki, Azərbaycan təmsilçisi Diana Hacıyeva (DiHaj) "Skeletons" mahnısı ilə 12-ci nömrə altında çıxış edib.

Ümumilikdə bugünkü finalda 26 ölkənin təmsilçisi səhnəyə çıxacaq.

Qalib tamaşaçıların və münsiflər heyətinin verdiyi xallar əsasında müəyyən ediləcək.

Ötənilki müsabiqənin qalibi "1944" adlı mahnı ilə Ukrayna təmsilçisi Camala (Jamala) olub.

Son xəbərlər

Orphus sistemi