Azərbaycan Qran-prisində çıxış edəcək sonuncu müğənninin adı müəyyənləşib

Azərbaycan Qran-prisində çıxış edəcək sonuncu müğənninin adı müəyyənləşib Amerikalı müğənni Dənizkənarı Bulvar ərazisindəki böyük səhnədə ən çox sevilən ifalarını səsləndirəcək
Şou-biznes
5 May , 2017 17:34
Azərbaycan Qran-prisində çıxış edəcək sonuncu müğənninin adı müəyyənləşib

Bakı. 5 may. REPORT.AZ/ Bakıda keçiriləcək "Formula-1" üzrə Azərbaycan Qran-prisində konsert proqramı ilə çıxış edəcək sonuncu müğənni müəyyənləşib.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) "Report"a verilən məlumata görə, bu, mahnı satışına görə dünyada qadın müğənnilər arasında rekord göstəriciyə sahib Meraya Keridir. 

Amerikalı müğənni Qran Prinin iyunun 25-də keçiriləcək podium mərasimindən sonra Dənizkənarı Bulvar ərazisindəki böyük səhnədə ən çox sevilən ifalarını səsləndirəcək. O, Las Veqasda ilboyu davam edən silsilə konsert proqramlarına ara verərək Bakıya gələcək. M.Keri yarış başa çatdıqdan sonra çıxış edəcək. 

Qeyd edək ki, iyunun 23-də startı veriləcək Azərbaycan Qran-prisinin ilk iki günündə Tarkan, eləcə də "Black Eyed Peas" qrupu və Nikol Şerzinger səhnəyə çıxacaq. 

Son xəbərlər

Orphus sistemi