Yuxarı

Azərbaycan Fransada keçirilən musiqi festivalında təmsil olunacaq

Azərbaycan Fransada keçirilən musiqi festivalında təmsil olunacaq
Tədbirdə Fikrət Əmirov və Xəyyam Mirzəzadənin əsərləri səsləndiriləcək

Paris. 12 sentryabr. REPORT.AZ/ Azərbaycan 19-24 sentyabrda Fransanın Alzas regionunun Müluz şəhərində keçiriləcək “İki dünya” musiqi festivalında təmsil olunacaq.

"Report"un Fransa bürosu xəbər verir ki, builki sayca üçüncü festivalda Azərbaycanın dünya şöhrətli bəstəkarları Fikrət Əmirov və Xəyyam Mirzəzadənin əsərləri səsləndiriləcək, Səddam Novruzbəyovun nağara və klarnetdə ifasında musiqilərimiz fransalı musiqisevərlərə təqdim ediləcək.

Festivalın bədii direktoru, bəstəkar və “Xocalı 613” əsərinin müəllifi Pyer Tiluadır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi