Yuxarı

​Azərbaycan "Eurovision-2016"da iştirak edəcəyini təsdiqləyib

Azərbaycanın milli yayım şirkəti tezliklə ölkəni təmsil edəcək nümayəndənin seçim mexanizmini elan etməlidir

Bakı. 14 sentyabr. REPORT.AZ/ Azərbaycan Stokholmda keçiriləcək "Eurovision-2016" beynəlxalq mahnı müsabiqəsində iştirak edəcəyini təsdiqləyib.

"Report" "Esctoday"ə istinadən xəbər verir ki, Azərbaycanın milli yayım şirkəti - İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) tezliklə gələn il ölkəni bu müsabiqədə təmsil edəcək nümayəndənin seçim mexanizmini elan etməlidir.

Qeyd edək ki, "Eurovision-2015" mahnı müsabiqəsində İsveç təmsilçisi Mons Zalmerlov "Hero" mahnısı ilə qalib gəlib.

Azərbaycanı bu müsabiqədə "Hour of the wolf" mahnısı ilə təmsil edən Elnur Hüseynov 12-ci olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi