Azərbaycan "Avroviziya" mahnı müsabiqəsinin ilk yarımfinalında çıxış edəcək

Azərbaycan "Avroviziya" mahnı müsabiqəsinin ilk yarımfinalında çıxış edəcək "Avroviziya-2016" müsabiqəsinin yarımfinallarının püşkatması keçirilib
Şou-biznes
25 Yanvar , 2016 15:47
Azərbaycan Avroviziya mahnı müsabiqəsinin ilk yarımfinalında çıxış edəcək

Bakı. 25 yanvar. REPORT.AZ/ "Avroviziya-2016" müsabiqəsinin yarımfinallarının püşkatması keçirilib.

"Report" xəbər verir ki, İsveçin paytaxtı Stokholm şəhərində keçiriləcək mahnı müsabiqəsində Azərbaycan mayın 10-də baş tutacaq ilk yarımfinalın ikinci hissəsində çıxış edəcək.

İlk yarımfinalın ilk hissəsində Xorvatiya, Finlandiya, Moldova, Ermənistan, Yunanıstan, Macarıstan, Rusiya, San Marino, Hollandiya, ikinci hissəsində isə Kipr, Malta, Bosniya və Herseqovina, Estoniya, Çexiya, Monteneqro, İslandiya və Avstriya çıxış edəcək.

Qeyd edək ki, müsabiqənin finalı mayın 16-da Stokholmda "Globen Arena" konsert zalında keçiriləcək.

Son xəbərlər

Orphus sistemi