Yuxarı

Avstraliyalı aktyor klip çəkilişləri zamanı ölüb

Avstraliyalı aktyor klip çəkilişləri zamanı ölüb
Atışma səhnəsinin çəkilişi zamanı gənc aktyorlardan biri sinəsindən güllə yarası alıb və keçinib

Bakı. 23 yanvar. REPORT.AZ/ Avstraliyalı aktyor Brisben şəhərindəki barların birində klip çəkilişi prosesində güllə yarası alaraq vəfat edib.

Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.

Məlumata görə, "Bliss n Eso" hip-hop qrupunun klipinin ssenarisi əsasında atışma olub. Atəş epizodunun çəkilişi zamanı gənc aktyorlardan biri sinəsindən yaralanıb və keçinib. Polis hadisəni istehsal qəzası kimi qələmə verib.

Polis nümayəndəsi Tom Armitt bildirib ki, hələlik aktyorların boş və ya döyüş patronları ilə silahlandığı dəqiq bilinmir. Qeyd olunub ki, yaxın məsafədən atəş zamanı boş patron da ciddi yaralanmaya səbəb ola bilər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi