Yuxarı
    Bağlamaq

    Avstraliya yenidən "Eurovision" mahnı müsabiqəsində iştirak edəcək

    Avstraliyanın milli yayım şirkəti müsabiqədə iştirakı təsdiqləyib

    Bakı. 24 avqust. REPORT.AZ/ Avstraliya Lissabonda keçiriləcək "Eurovision-2018" mahnı müsabiqəsində iştirak edəcək.

    "Report" "Esctoday"ə istinadən xəbər verir ki, Avstraliyanın milli yayım şirkəti (SBS) müsabiqədə iştirakı təsdiqləyib.

    Qeyd edək ki, Avstraliya buna qədər müsabiqəyə 3 dəfə qatılıb, ən yaxşı nəticəsini "Eurovision-2016"da 2-ci olmaqla qazanıb.

    Qeyd edək ki, müsabiqə gələn il Portuqaliyanın paytaxtı Lissabonda 8, 10 və 12 may tarixlərində keçiriləcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi