Avstraliya yenidən "Eurovision" mahnı müsabiqəsində iştirak edəcək

Avstraliya yenidən "Eurovision" mahnı müsabiqəsində iştirak edəcək Hazırda Azərbaycan da daxil olmaqla, 41 ölkə öz iştirakını təsdiq edib
Şou-biznes
17 Noyabr , 2015 11:11
Avstraliya yenidən Eurovision mahnı müsabiqəsində iştirak edəcək

Bakı. 17 noyabr. REPORT.AZ/ Avstraliya 2016-cı ildə İsveçin paytaxtı Stokholmda keçiriləcək "Eurovision" mahnı müsabiqəsində iştirak edəcək.

"Report" "Eurovision"ın rəsmi saytına istinadən xəbər verir ki, bu, Avstraliyanın müsabiqədə iştirak edəcəyi ikinci hal olacaq.

Qeyd edək ki, ötən il Vyanada keçirilən müsabiqədə "yaşıl qitə"ni Qay Sebastyan təmsil edib və beşinci yeri tutub. "Eurovision-2015" mahnı müsabiqəsinin qalibi isə "Heroes" (Qəhrəmanlar) mahnısını ifa edən isveçli Mons Selmerlöv olub.

Hazırda 2016-cı ilin müsabiqəsi üçün Azərbaycan da daxil olmaqla, 41 ölkə öz iştirakını təsdiq edib.

Son xəbərlər

Orphus sistemi