"Avroviziya-2017"nin bütün finalçıları müəyyənləşib

"Avroviziya-2017"nin bütün finalçıları müəyyənləşib Mahnı yarışmasının ikinci yarımfinalı bu gecə keçirilib
Şou-biznes
12 May , 2017 01:30
Avroviziya-2017nin bütün finalçıları müəyyənləşib

Bakı. 12 may. REPORT.AZ/ Ukraynada keçirilən "Avroviziya-2017" mahnı müsabiqəsinin bu gecə baş tutan ikinci yarımfinalında son on finalçının adına aydınlıq gəlib.

"Report" tədbirin rəsmi saytına istinadən xəbər verir ki, növbəti finalçılar bunlar olub:

- Bolqarıstan;

- Belarus;

- Xorvatiya;

- Macarıstan;

- Danimarka;

- İsrail;

- Rumıniya;

- Norveç;

- Niderland;

- Avstriya.

Bundan əvvəl finala Azərbaycanla yanaşı Moldova, Yunanıstan, İsveç, Portuqaliya, Polşa, Ermənistan, Avstraliya, Kipr və Belçika vəsiqə qazanmışdı. Azərbaycanı yarışmada “Skeletons” mahnısı ilə Diana Hacıyeva ("Dihaj") təmsil edir.

"Avroviziya-2017"nin final mərhələsi mayın 13-də keçiriləcək.

Son xəbərlər

Orphus sistemi