Yuxarı

“Avengers: Endgame” filmi yeni rekorda imza atıb

“Avengers: Endgame” filmi yeni rekorda imza atıb

ABŞ-da çəkilən super-qəhrəmanlıq seriyasının son filmi “Avengers: Endgame” (“Qisasçılar: Son oyun”) yeni rekorda imza ataraq cəmi 11 günlük nümayişdə 2 milyard dollar gəlir gətirib.

“Report” nümayişçi şirkət “Walt Disney Studio”nun saytına istinadən xəbər verir ki, bu il aprelin 22-də keçirilən premyeradan ötən 11 gün ərzində film 2,189 milyard ABŞ dollar məbləğində gəlir gətirib.

Əvvəlki rekord 2009-cu ilda Ceyms Kameron tərəfindən çəkilən “Avatar” filmi tərəfindən eyni məbləğin 47 gün ərzində toplamaqla əldə olunmuşdu.

Kino tarixində adı çəkilən iki filmlə yanaşı, “Avengers: Infiniti War” (“Qisasçılar: Sonsuzluq müharibəsi”), habelə “Star Wars: Force Unleashed” (“Ulduzlar müharibəsi: Güc açıldı”) və “Titanic” filmləri də oxşar nəticə göstərmişdi.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi