Bakı. 30 avqust. REPORT.AZ/ ABŞ-ın Kaliforniya ştatının keşmiş qubernatoru, Hollivud ulduzu Arnold Şvartseneggerin ölümünə dair xəbərlər amerika ictimaiyyəti arasında böyük rezonansa səbəb olub.
"Msmbc.co" adlı internet resursu tərəfindən yayılan bu xəbəri dəqiqləşdirmək üçün minlərlə insan radio ve televiziya kanallarına zəng edib. Lakin qısa müddət sonra məlum olub ki, məlumat yalandır.
"Report" "Gazeta.Ru" saytına istinadən qeyd edir ki, Şvartseneggerin özü məsələyə münasibət bildirməkdən imtina edib.