Yuxarı

Ariana Qrande öz mahnısını boykot etmək aksiyasına qoşulub

Bakı. 15 fevral. REPORT.AZ/ Amerika müğənnisi Ariana Qrande "7 Rings" mahnısının fanatları tərəfindən boykot edilməsinə özü də qoşulub.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə o, öz "Twitter" səhifəsində yazıb.

"O qədər divanə və şənsiniz ki, mən sizi sevirəm! "7 Rings"i boykot etməkdən daha əyləncəli bir şey yoxdur. Gülməkdən dayana bilmirəm! Amma nə olursa olsun, mən qalıram, uşaqlar!" — deyə o yazıb.

Fanatların bu cür davranışının səbəbi ondan ibarətdir ki, son həftə "7 Rings" treki Amerika çartlarında yuxarı pillələri tutur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi