Ariana Qrande konsertində baş verən partlayışa münasibət bildirib

Ariana Qrande konsertində baş verən partlayışa münasibət bildirib "Deməyə söz tapmıram"
Şou-biznes
23 May , 2017 08:55
Ariana Qrande konsertində baş verən partlayışa münasibət bildirib

Bakı. 23 may. REPORT.AZ/ Amerikalı müğənni Ariana Qrande İngiltərənin "Mançester arena" stadionunda konserti zamanı baş verən partlayışla əlaqədar başsağlığı verib.

"Report"un məlumatına görə, bu barədə ifaçı öz "Twitter" səhifəsində yazıb.

"Qəlbim parçalanıb. Çox, hədsiz dərəcədə təəssüf edirəm. Deməyə söz tapmıram", - deyə o yazıb.

Mayın 22-si axşam saatlarında Ariana Qrandenin konserti keçirilən "Mançester arena" stadionunda partlayış baş verib. Nəticədə 19 nəfər ölüb, 50 nəfər yaralanıb. Partlayışı terrorçu-kamikadzenin törətdiyi ehtimal edilir.

Son xəbərlər

Orphus sistemi