Yuxarı

Antonio Banderas İngiltərəyə köçür

Məşhur aktyor 3,1 milyon avroya aldığı villada yaşayacaq

Bakı. 17 fevral. REPORT.AZ/ Hollivudun məşhur aktyoru Antonio Banderas cənubi İngiltərənin Surrey qraflığına köçür.

"Report" xəbər verir ki, aktyor burada 3,1 milyon avro dəyərində olan villa alıb.

Yeni villasında sevgilisi Nikol Kempellə yaşayacaq Antonio Banderas evinin sakit məkanda olmasından məmnun olduğunu deyib.

Banderasın özü kimi məşhur qonşuları da var. İngiltərənin Surrey qraflığında onunla birlikdə villa alan məşhurlar Corc Kluni, Bred Pit və Ancelina Coli, Nikolas Keycdir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi