“Annabelin lənəti 3” filmi “CinemaPlus”da nümayiş olunub - VİDEO

“Annabelin lənəti 3” filmi “CinemaPlus”da nümayiş olunub - VİDEO “Gənclik Mall” Ticarət Mərkəzində yerləşən “CinemaPlus” premium kinoteatrında rəsmi premyerasından 2 gün öncə Dolby Atmos formatında “Annabelin lənəti 3” filminin nümayişi keçirilib.
Şou-biznes
28 İyun , 2019 11:58
“Annabelin lənəti 3” filmi “CinemaPlus”da nümayiş olunub - VİDEO

“Gənclik Mall” Ticarət Mərkəzində yerləşən “CinemaPlus” premium kinoteatrında rəsmi premyerasından 2 gün öncə Dolby Atmos formatında “Annabelin lənəti 3” filminin nümayişi keçirilib.

"Report" xəbər verir ki, bu dünyaya axirət dünyasının pis qüvvələrini gətirən, lənətlənmiş kukla haqqında qorxu kinosunun yeni hissəsidir.

Kinoteatrın xüsusi tutqun dekor olunub. Həmçinin kinoteatrda musiqi, furşet, alkoqollu və alkoqolsuz içkilər təşkil olunub.

Ekran əsərinin rejissoru Hari Dobermandır. Rollarda Vera Farmiqa, Makkenna Qreys, Patrik Uilson, Emili Brobst, Medison İsman və başqaları çəkilib.

Ekran işində sujet xəttinə görə, Annabeli gələcək dağıntılar və xaos yaratmaqdan saxlamaq üçün, demonoloq Ed və Lorreyn Uorrenlər şeytan kuklanı öz evində artefakt olan bağlı otağa gətirirlər. Burada onu keşişin xeyir-duası ilə “etibarlı” işıqlandırılmış şüşəyə salırlar. Lakin Annabel otağın zalım cinlərini oyadandan sonra ev sakinlərini zülmətli dəhşət gecəsi gözləyir. Cinlərin yeni hədəfi Uorrenlərin on yaşlı qızı Cudi və onun dostları olur.

Tədbirin təşklinə Portal Games, “Taksim kebap” restoranı, Ganja Sharab, “Banketnaya” arağı, “Kronenburq 1664 Blanc” pivəsi və Şeh Su dəstək veriblər. 

Son xəbərlər

Orphus sistemi