Yuxarı
    Bağlamaq

    Ancelina Coli aktyor Bred Pittlə boşanmaq qərarına gəlib

    Hollivud aktrisasının vəkili məlumatı təsdiqləyib

    Bakı. 20 sentyabr. REPORT.AZ/ Hollivud aktrisası Ancelina Coli aktyor Bred Pittlə boşanmaq qərarına gəlib.

    "Report"un verdiyi məlumata görə, bu barədə TMZ mənbəyə istinadən xəbər verir.

    Bildirilir ki, boşanmaya səbəb fikir ayrılığı göstərilir.

    Ancelina Coli 6 uşağına qəyyumluğun onda saxlanılmasını, Bredə isə onlarla mütəmadi görüşməyə icazə verilməsini istəyir. O, keçmiş həyat yoldaşından aliment tələb etmir. 

    Boşanmaya səbəb aktrisanın Pittin uşaqları tərbiyə etmək tərzindən razı qalmaması səbəb olub.

    Nəşrin verdiyi məlumata görə, boşanmanın yeganə səbəbi məhz budur və heç bir "üçüncü" tərəf burda iştirak etmir.

    "Reuters"in xəbərinə görə, A.Colinin vəkili məlumatı təsdiqləyib. Hüquqşünas deyib ki, aktrisa vəziyyəti şərh etməyəcək.

    Xatırladaq ki, A.Coli və B.Pitt 2004-cü ildən bir yerdədir. Onların toyu 2014-cü ilin avqustunda baş tutub. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi