Yuxarı

Amerikanın tanınmış rejissoru vəfat edib

Maykl Çimino 5 qat Oskar mükafatı laureatıdır

Bakı. 4 iyul. REPORT.AZ/ Amerikalı rejissor, "Oskar" mükafatı laureatı Maykl Çimino vəfat edib.

"Report" xəbər verir ki, rejissor 78 yaşında dünyasını dəyişib. 

Qeyd edək ki, M.Çimino 1939-cu ildə Nyu-Yorkda anadan olub. Onun çəkdiyi filmlər 70-80-ci illərin ən yaxşı Amerika filmləri siyahısına daxil edilib. M.Çiminonun adı F.Koppola, Miloş Forman, Martin Skorseze və Stiven Spilberqlə bir sırada çəkilir.

Onun Vyetnam müharibəsindən bəhs edən "Maral ovçusu" filmi 5 dəfə "Oskar" mükafatına layiq görülüb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi