Amerikanın tanınmış kinorejissoru vəfat edib

Amerikanın tanınmış kinorejissoru vəfat edib Rod Deniel "Evdə tək 4", "Bethoven 2" filmlərinin rejissoru olub
Şou-biznes
20 Aprel , 2016 20:20
Amerikanın tanınmış kinorejissoru vəfat edib

Bakı. 20 aprel. REPORT.AZ/ Amerikanın tanınmış kinorejissoru, "Evdə tək 4" və "Bethoven 2" kimi məşhur filmlərin rejissoru Rod Deniel vəfat edib.

"Report" xəbər verir ki, 74 yaşlı rejissor Çikaqoda yaşadığı evdə dünyasını dəyişib.

Rod Deniel kino karyerasına Hollivudda komediya filmlərini çəkməklə başlayıb.

Son illər kino karyerasına teleserial çəkməklə davam edən Rod Deniel 2003-cü ildən böyük kinodan uzaqlaşıb. Rod Deniel "Raymondu hamı sevir" və "Şəxsi detektiv Maqnum" serialları ilə tamaşaçıların diqqətini cəlb edib.

Son xəbərlər

Orphus sistemi