Bakı. 1 iyul. REPORT.AZ/ Amerikanın tanınmış bəstəkarı və bas-gitara ifaçısı Robert Vasserman 64 yaşında vəfat edib.
"Report" xəbər verir ki, musiqiçi onkoloji xəstəlikdən dünyasını dəyişib.
San-Fransisko Konservatoriyasında peşəkar musiqi təhsili alan R.Vasserman klassik skripka və kontrabas ifaçısı olub. Dostu Bob Veyerlə birlikdə çalışan R.Vassermanın şöhrəti Rat Dog qrupunda çalışdıqdan sonra daha da artıb.
Qremmi Musiqi Mükafatının sahibi olan tanınmış bəstəkar və bas-gitara ifaçısı müxtəlif beynəlxalq müsabiqələrdə dəfələrlə birincilik əldə edib.