Yuxarı

Almaniya "Avroviziya-2016" namizədini geri çağırıb

Almaniyanın ARD telekanalı musiqi yarışması üçün seçdiyi R&B-ifaçı Ksavyer Naydunun namizədliyini geri götürüb

Bakı. 23 noyabr. REPORT.AZ/ Almaniyanın ölkədə "Avroviziya"nın yayımına cavabdeh olan ARD telekanalı musiqi yarışması üçün seçdiyi namizədi - R&B-ifaçı Ksavyer Naydunu geri çağırıb. "Report" "Digital Spy"a istinadən xəbər verir ki, bu qərar kanala ünvanlanmış çoxsaylı tənqidlərlə əlaqədardır, hətta müğənnini homofobluqda ittiham ediblər.

Məsələyə aydınlıq gətirməyə çalışan ARD telekanalının inzibatçılarından olan Tomas Şrayber məcburiyyət qarşısında bu cür addım atdıqlarını qeyd edib: "Naydu mükəmməl artistdir. Düşünmürəm ki, o, irqçi və ya homofobdur. Həmvətənlərimizin bu cür reaksiyası bizi çox təəccübləndirdi. Kanal rəhbərliyi ölkə sakinlərinin etirazını və tənqidini nəzərə almalı oldu. Amma deyə bilərəm ki, biz onu lazımınca qiymətləndirmədik".

Nayduya qarşı etirazlar dalğası noyabrın 19-da onun "Avroviziya-2016"da Almaniyanı təmsil edəcəyinin elan olunmasından dərhal sonra sosial şəbəkələrdə başlamışdı.

Ksavyer Naydu Almaniyada bir çox milli mükafatlara layiq görülüb. O, mahnılarını özü bəstələyir və artıq yeddi albom buraxıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi