Yuxarı

​Ali Məhkəmə müğənni Rəqsanə İsmayılovanın işi üzrə qərarını açıqlayıb

İddia məbləğinin təxminən 300 min dollar olduğu bildirilir

İddia məbləğinin təxminən 300 min dollar olduğu bildirilir

Bakı. 2 sentyabr. REPORT.AZ/ Azərbaycan Ali Məhkəməsində Faiq Azayevin müğənni Rəqsanə İsmayılovaya qarşı iddiası üzrə məhkəmə prosesi keçirilib. “Report”un xəbərinə görə, Ali Məhkəmə Nizami Rayon Məhkəməsinin aktını qüvvədə saxlayıb.

Rəqsanə İsmayılovanın vəkilləri Xaliq Bağırov və Cavad Cavadov məhkəmə qərarına münasibət bildirməyib.

Qeyd edək ki, F.Azayev R.İsmayılovanın ona vurduğu maddi ziyanın ödənilməsini istəyir. Tələb olunan pulun nə qədər olduğu açıqlanmasa da, təxminən 300 min dollara yaxın vəsaitdən söhbət getdiyi bildirilir.

Nizami Rayon Məhkəməsi F.Azayevin müğənniyə qarşı iddiasını qismən təmin edib. Bakı Apellyasiya Məhkəməsi isə rayon məhkəməsinin qərarını dəyişdirib.

Mətbuatda Faiq Azayevlə Rəqsanə İsmayılovanın əvvəllər sevgili olduğu yazılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi