Albano Korrizi: "Bakıya yenə gələcəyimə ümid edirəm" - EKSKLÜZİV

Albano Korrizi: "Bakıya yenə gələcəyimə ümid edirəm" - EKSKLÜZİV "Mən Bakıda 50 il əvvəl olmuşdum və yenidən ora gedəndə tam fərqli bir Bakı gördüm"
Şou-biznes
13 Dekabr , 2015 13:17
Albano Korrizi: Bakıya yenə gələcəyimə ümid edirəm - EKSKLÜZİV

Roma. 13 dekabr. REPORT.AZ/ "Mən Bakıda 50 il əvvəl olmuşdum və yenidən ora gedəndə tam fərqli bir Bakı gördüm".

Bu sözləri "Report"a açıqlamasında məşhur italiyalı müğənni Albano Korrizi deyib.

O, iki il əvvəl Bakıda "İtaliya gecələri" tədbirinin keçirildiyini və məşhur italiyalı müğənnilərin orada çıxış etdiyini xatırladıb:

"Bu, inanılmaz idi və onu göstərir ki, hökumət Azərbaycanın dünyada daha çox tanınması üçün böyük işlər görür".

Müğənni, həmçinin Bakıya yenə gələcəyinə ümid etdiyini bildirib.

Xatırladaq ki, 2013-cü ilin dekabrında Albano Korrizi "San Remo" İtaliya musiqi festivalının iştirakçıları - Toto Kutunyo, "Ricchi E Poveri" qrupu, Rikkardo Folyi, Umberto Totsi, Toni Espozito, Pupo, "Matia Bazar" qrupu, Mariya Fiordalizo, İvana Spanya ilə birgə "Baku Crystal Hall" kompleksinin səhnəsində çıxış edib.

Son xəbərlər

Orphus sistemi