Yuxarı

Aktyor Cerard Batler Kaliforniyadakı yanğın nəticəsində evindən məhrum olub

Aktyor Cerard Batler Kaliforniyadakı yanğın nəticəsində evindən məhrum olub

Bakı. 12 noyabr. REPORT.AZ/ Kaliforniyadakı meşə yanğınları məşhur aktyor Cerard Batler və kanadalı musiqiçi Nil Yanqı evlərindən məhrum edib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə C.Batler "Twitter" səhifəsində, N.Yanq isə rəsmi saytında məlumat yayıblar.

Qeyd edək ki, Kaliforniyanın şimalında noybarın 8-də başlayan meşə yanğınları ştat tarixində ən dağıdıcı olub. Yanğın 6,47 min tikilini məhv edib. Kaliforniyanın cənubunda isə iki yanğın tüğyan edir. Yanğınlar nəticəsində ştatın cənubunda ümumilikdə 179 tikili dağıdılıb, azı 57 min tikili də təhlükə altındadır. Son məlumatlara görə, fəlakət nəticəsində 31 nəfər ölüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi