Aktrisa Ornella Muti Rusiya vətəndaşlığı almaq niyyətindədir

Aktrisa Ornella Muti Rusiya vətəndaşlığı almaq niyyətindədir O, artıq sənədlərini hazırlamağa başlayıb
Şou-biznes
6 Noyabr , 2016 11:43
Aktrisa Ornella Muti Rusiya vətəndaşlığı almaq niyyətindədir

Bakı. 6 noyabr. REPORT.AZ/ İtaliyalı aktrisa Ornella Muti Rusiyanın rezidentidir və bu ölkənin vətəndaşlığını almaq üçün sənədlərini hazırlayır.

"Report" xəbər verir ki, bu barədə RİA "Novosti"yə klipində Mutinin çəkildiyi aktyor Aleksandr Revva məlumat verib.

"Ornella Muti artıq Rusiya Federasiyasının rezidentidir və vətəndaşlıq almaq üçün sənədlərini hazırlamağa başlayıb. Bu barədə o, "Çelentano kimi" adlı birgə klipimizin təqdimatında bildirib", — deyə Revva qeyd edib.

Bu günlərdə Hollivud aktyoru Stiven Siqal da Rusiya vətəndaşlığını qəbul edib.

Son xəbərlər

Orphus sistemi