Ajda Pekkan öz paltarını Azərbaycan xalq artistinə hədiyyə edib

Ajda Pekkan öz paltarını Azərbaycan xalq artistinə hədiyyə edib Brilliant Dadaşova Ajda Pekkanla görüşündən danışıb
Şou-biznes
27 Noyabr , 2014 15:49
Ajda Pekkan öz paltarını Azərbaycan xalq artistinə hədiyyə edib

Bakı. 26 noyabr. REPORT.AZ/ Xalq artisti Brilliant Dadaşova Türkiyədə olarkən Ajda Pekkanla yenidən görüşüb. Bu barədə "Report" a xalq artisti özü məlumat verib.

"Ziyafətlərin birində Ajda Pekkanla görüşdüm. Səmimi söhbət etdik. Burda bəzi adamlar guya Ajda Pekkanın Bakıya sonuncu səfərində mənimlə görüşmədiyini, mənimlə salamlaşmadığını demişdilər. Ajda xanımla həmin söhbəti yada salıb güldük. Hətta Ajda Pekkan kolleksiyasında olan libaslardan birini mənə hədiyyə etdi. Paltarı görən kimi bəyəndiyimi dedim. Ajda Pekkan "Çox bəyəndinsə, sənin olsun dedi", - B.Dadaşova deyib

Qeyd edək ki, xalq artisti hazırda Yeni İl çəkilişlərinə hazırlaşır. 

Son xəbərlər

Orphus sistemi