Adel "Brit Awards"dan dörd mükafat qazanıb

Adel "Brit Awards"dan dörd mükafat qazanıb Xanım müğənni ilin ən yaxşı britaniyalı solo ifaçısı adına layiq görülüb
Şou-biznes
25 Fevral , 2016 11:24
Adel Brit Awardsdan dörd mükafat qazanıb

Bakı. 25 fevral. REPORT.AZ/ Britaniyalı müğənni Adel "Brit Awards"dan dörd mükafat qazanıb.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, Londonda baş tutan mükafatlandırma mərasimində xanım müğənni ilin ən yaxşı britaniyalı solo ifaçısı adına layiq görülüb.

O, həmçinin "ən yaxşı val" ("25") və ən yaxşı sinql ("Hello") kateqoriyalarında qalib gəlib. Bundan əlavə, Adel "Beynəlxalq nailiyyət" nominasiyasının qalibi olub.

Qeyd edək ki, "Brit Awards" 1977-ci ildən mükafatlandırma keçirir. O, "Qremmi" mükafatı ilə yanaşı, ən nüfuzlu və əhəmiyyətli musiqi mükafatlarından biri hesab edilir.

Son xəbərlər

Orphus sistemi