ABŞ kinostudiyası "Matrisa" filminin remeykinə başlayıb

ABŞ kinostudiyası "Matrisa" filminin remeykinə başlayıb Hazırda "İks Adamlar" və "Qisas alanlar" filmlərinin ssenari müəllifi Zak Penn ilə danışıqlar gedir
Şou-biznes
15 Mart , 2017 12:07
ABŞ kinostudiyası Matrisa filminin remeykinə başlayıb

Bakı. 15 mart. REPORT.AZ/ ABŞ-ın "Warner Bros." kinostudiyası "Matrisa" məşhur fantastik filmininin remeykinə başlayıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, hazırda "İks Adamlar" və "Qisas alanlar" filmlərinin ssenari müəllifi Zak Penn ilə sifariş ssenarisinin yazılması barədə danışıqlar gedir. Filmdə Maykl Bakari Cordan çəkilə bilər.

Eyni zamanda, hazırda orijinal "Matrisa"nın ssenari müəllifləri və rejissorları olan Vaçovski bacılarının remeykin çəkilişində iştirak edib-etmədiyi məlum deyil. Mənbələrin məlumatına görə, kinostudiyaya filmin remeykinin çəkilişi ilə bağlı ideyanı Vaçovski ilə münasibətləri gərgin olan "Matrisa" trilogiyasının prodüsseri Coel Silver verib.

Son xəbərlər

Orphus sistemi