ABŞ-ın məşhur musiqi qrupunun rəhbəri vəfat edib

ABŞ-ın məşhur musiqi qrupunun rəhbəri vəfat edib Earth, Wind and Fire qrupunun yaradıcısı Moris Uayt vəfat edib
Şou-biznes
5 Fevral , 2016 10:11
ABŞ-ın məşhur musiqi qrupunun rəhbəri vəfat edib

Bakı. 5 fevral. REPORT.AZ/ ABŞ-ın Earth, Wind and Fire qrupunun yaradıcısı, müğənni və zərb alətləri solisti Moris Uayt 75 yaşında vəfat edib.

"Report" xəbər verir ki, tanınmış musiqiçi ömrünün son illərində parkinson xəstəliyindən əziyyət çəkirmiş.

Xəstəliyi ilə əlaqədar olaraq, 1995-ci ildən konsert proqramlarına ara verən M.Uayt ömrünün son illərində Kaliforniya ştatının Los-Anceles şəhərində yaşayıb.

Moris Uayt Earth, Wind and Fire qrupunu 1969-cu ildə yaradıb. Yaradıcılığında caz-rok və disko-fank janrlarına üstünlük verən M.Uaytın albomlarının surəti çıxarılaraq, 90 milyon nüsxədə çap olunub.

Qrupun ən populyar hitləri "Shining Star", "Fantasy", "That's the Way of the World" və başqalarıdır.

Son xəbərlər

Orphus sistemi