Yuxarı
    Bağlamaq

    Polis ​ABŞ-ın məşhur musiqi qrupu liderinin evində axtarış aparıb

    Polis əmin edib ki, Simmonsa və ailəsinə qarşı istintaq aparılmır

    Bakı. 21 avqust. REPORT.AZ/ Los-Ancelesdə polis tanınmış "Kiss" rok-qrupunun lideri və yaradıcısı Cin Simmonsun yaşadığı mənzildə axtarış aparıb.

    "Report" xəbər verir ki, bu haqda NBC telekanalı məlumat yayıb.

    Məlumata görə, axtarışın səbəbi hələlik məlum deyil. Polis əmin edib ki, Simmonsa və ailəsinə qarşı istintaq aparılmır.

    "Kiss" qrupu liderinin təmsilçisi isə bildirib ki, axtarış keçən il musiqiçinin yaşadığı evin ərazisində törədilməsinə cəhd edilən cinayətlə əlaqədar ola bilər. Onun sözlərinə görə, həmin vaxt isə Simmons Los-Ancelesdə deyil, "Kiss"lə birlikdə qastrolda olub. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi