Yuxarı

ABŞ-ın "Kennedy Administration" caz qrupu Bakıda konsert verib

ABŞ-ın "Kennedy Administration" caz qrupu Bakıda konsert verib
Konsert Bakı Caz Festivalı çərçivəsində baş tutub

Bakı. 28 oktyabr. REPORT.AZ/ Amerikanın "Kennedy Administration" qrupu Bakı Caz Festivalı çərçivəsində paytaxtda konsert proqramı ilə çıxış edib.

“Report” xəbər verir ki, qrupun Bakıya səfəri ABŞ-ın Azərbaycandakı səfirliyinin dəstəyi ilə baş tutub və oktyabrın 30-dək davam edəcək.

Qrupun Azərbaycana səfəri müddətində ABŞ səfirliyi Kennedy Administration caz qrupunun tələbələr və yerli musiqiçilərlə məşğələ və musiqi sintezi görüşməsini təşkil edib.

ABŞ səfiri Robert Sekuta görüşdə iştirak edib və iştirakçılarla ünsiyyətdə olub. O qeyd edib ki, caz musiqisinin doğum yeri ABŞ olsa da, janr inkişaf edərək qlobal musiqi janrına çevrilib və dünyanın müxtəlif yerindən olan musiqiçiləri bir araya gətirir. Caz ifası və onun ətrafında olan müzakirələr multikulturalizm, inteqrasiya və özünüifadə mövzusunda dialoqu təşviq edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi