Yuxarı

​ABŞ-da terrorçu İŞİD haqda teleserial çəkilir

Serial terrorçu qruplaşmanın yaranması və fəaliyyətini əks etdirəcək

Bakı. 9 avqust. REPORT.AZ/ ABŞ-ın tanınmış aktyoru Bredli Kuper Suriya və İraqın böyük bir hissəsini nəzarət altında saxlayan terrorçu İŞİD qruplaşması haqda serial çəkməyə başlayıb.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, serial terrorçu qruplaşmanın yaranması və fəaliyyətini əks etdirəcək.

İnformasiyaya görə, Kuper və prodüser Todd Fillips serialı 2016-cı ildə "Pulitzer" mükafatına layiq görülmüş "Qara bayraq: İŞİD-in yüksəlişi" kitabı əsasında çəkəcəklər.

Qeyd edək ki, "Pulitzer" mükafatını XIX əsrdə macar yəhudisi Cozef Pultizer adlı jurnalist təsis edib. Bu, ABŞ-ın Kolumbiya Universiteti tərəfindən jurnalistika, ədəbiyyat və musiqi üzrə verilən ən nüfuzlu mükafatı sayılır.

Mükafat ilk dəfə 1917-ci ilin iyunun 4-də verilib. Ancaq laureatların adı hər il aprel ayında açıqlanır və 21 sahə üzrə mükafat təqdim olunur. Onların 20-sinə 10 min dollar məbləğində pul, sertifikat verilir. Qaliblər müstəqil jüri tərəfindən seçilir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi