ABŞ-da "Supermen"in sevgilisi vəfat edib

ABŞ-da "Supermen"in sevgilisi vəfat edib Aktrisa Noel Nill yaddaşlarda "Supermen" filmində ifa etdiyi rolu ilə qalıb
Şou-biznes
5 İyul , 2016 14:44
ABŞ-da Supermenin sevgilisi vəfat edib

Bakı. 5 iyul. REPORT.AZ/ Amerikalı aktrisa Noel Nill vəfat edib.

"Report" xəbər verir ki, aktrisa uzun sürən ağır xəstəlikdən sonra 95 yaşında dünyasını dəyişib.

Kinosevərlərin yaddaşında Supermenin ilk sevgilisi kimi qalan Noel Nill 1948-ci ildə "Supermen", 1950-ci ildə "Supermenin əleyhinə olan atom adam" filmlərində çəkildikdən sonra 1952-1958-ci illərdə silsilə olaraq "Supermenin macəraları" serialında çəkilib.

Supermenin sevimli xanımı rolunu ifa etmək Noel Nillə uğur gətirir və aktrisa 2006-cı ilə qədər Supermen haqqında çəkilən filmlərdə yer alır. 

Son xəbərlər

Orphus sistemi