Yuxarı

ABŞ-da müğənni Lana Del Reyi oğurlamağı planlaşdıran şəxs tutulub

ABŞ-da müğənni Lana Del Reyi oğurlamağı planlaşdıran şəxs tutulub
Kişi müğənnini konsert zamanı qaçırmağı planlaşdırıb

Bakı. 4 fevral. REPORT.AZ/ Amerikanın Orlando şəhərində (Florida ştatı) polis məşhur müğənni Lana Del Reyin oğurlanması cəhdinin qarşısını alıb.

“Report” xəbər verir ki, bu barədə yerli polisin "Twitter" səhifəsində məlumat yerləşdirilib.

Bildirilir ki, Maykl Hant adlı şəxs müğənnini konsert zamanı oğurlamağı planlaşdırıb. Həmçinin onun üzərində silah olub. Şübhəli şəxs fevralın 2-də Orlandodakı "Amway" mərkəzi yaxınlığında müğənniyə yaxınlaşmazdan öncə saxlanılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi