Yuxarı

ABŞ-da keçən ilin ən pis filmi və aktyoru açıqlanıb

ABŞ-da keçən ilin ən pis filmi və aktyoru açıqlanıb
Qızıl Moruq antimükafatının qalibləri bəlli olub

Bakı. 3 mart. REPORT.AZ/ ABŞ-ın "Qızıl Moruq" antimükafatının təşkilatçılarının fikrincə, 2017-ci ilin ən pis filmi "Emoci film" olub.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, filmin rejissoru Toni Leondis isə ən pis rejissor üçün nəzərdə tutulan antimükafata sahib çıxıb.

Qeyd edək ki, "Ən pis film" nominasiyasında digər namizədlər "Transformerlər: sonuncu cəngavər", "50 çalar daha tünd", "Mumiya" və "Malibu xilasediciləri" filmləri olub.

Ən pis aktyor kimi isə "Mumiya" filmindəki roluna görə Tom Kruz seçilib. "Ən pis qadın baş rol ifaçısı" nominasiyasında mükafat "Hellouin Medei 2" filmindəki roluna görə Tayler Perriyə təqdim edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi