ABŞ-da "Emmi" mükafatları təqdim olunub

ABŞ-da "Emmi" mükafatları təqdim olunub "Taxtların oyunu" mükafatlar sayında teleseriallar arasında rekord müəyyənləşdirib
Şou-biznes
19 Sentyabr , 2016 09:58
ABŞ-da Emmi mükafatları təqdim olunub

Bakı. 19 sentyabr. REPORT.AZ/ "Taxtların oyunu" (Game of Thrones) fentezi və dram janrlı teleserial ən yaxşı dram serialı nominasiyasında ABŞ Televiziya Sənəti Akademiyası tərəfindən verilən "Emmi" mükafatına layiq görülüb.

"Report" BBC-yə istinadən xəbər verir ki, "Taxtların oyunu" teleserialının rejissoru Migel Sapoçnik də mükafat alıb.

Bununla da "Taxtların oyunu" indiyə qədər ümimilikdə 38 "Emmi" mükafatı qazanmaqla teleseriallar arasında yeni rekord müəyyənləşdirib.

Bu il əsas nominasiyada həmçinin "Daunton abbatlığı", "Vətən" və "Kartlar Evi" kimi televiziya hitləri də namizəd olub.

Ən yaxşı komediya serialı nominasiyasında sonradan vitse-prezident olan qadın senator haqqında siyasi satira janrında olan "Vitse-prezident" qalib gəlib.

Məşhur teleserial "Şerlok: Biabırçı gəlin" ən yaxşı televiziya filmi mükafatına layiq görülüb.

Qeyd edək ki, "Emmi" mükafatı 1949-cu ildən təqdim edilir və "Oskar"ın televiziya ekvivalenti hesab edilir.

İngilis versiyası Emmy prize awarded in the US

Son xəbərlər

Orphus sistemi